15 
Okt
2021
15:52
63
201
1240
Virtual karabakh

İqtisadiyyat Nazirliyinin “Telegram” kanalının rus dili versiyası fəaliyyətə başladı

15 Okt, 2021
15:52
1240

İqtisadiyyat Nazirliyinin “Telegram” kanalının rus dili versiyası fəaliyyətə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələr vasitəsilə kommunikasiyaya xüsusi önəm verən İqtisadiyyat Nazirliyi “Telegram” platformasında fəaliyyətini daha da genişləndirir.

Nazirlikdən verilən məlumata görə, qurumun “Telegram” platformasında “Azərbaycan iqtisadiyyatı” adlı kanalı mövcuddur və burada iqtisadiyyatla bağlı aktual xəbərlər paylaşılır.

İndi isə həmin kanalın rus dilində “Экономика Азербайджана” versiyası fəaliyyətə başlayıb.

Azərbaycan dilində yayımlanan “Azərbaycan iqtisadiyyatı” kanalında olduğu kimi, burada da İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların fəaliyyəti, ölkə iqtisadiyyatına dair məlumatlar, maarifləndirici və izahedici materiallar paylaşılacaq, eləcə də region və dünya iqtisadiyyatını əhatə edən əsas mövzular işıqlandırılacaq.

“Экономика Азербайджана” kanalına abunə olmaq üçün mobil telefonlarda “Telegram” tətbiqindən və ya kompüterlərdə həmin platformanın veb-versiyasından istifadə etmək lazımdır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri