16 
Okt
2021
13:58
87
119
3359
Virtual karabakh

Azərbaycanda dörd böyük qurumun diaqnostikasının nəticələri müzakirə olundu - FOTO

16 Okt, 2021
13:58
3359

Azərbaycanda dörd böyük qurumun diaqnostikasının nəticələri müzakirə olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15 oktyabr tarixində Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində nəqliyyat sektoruna aid dörd portfel şirkətin “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin fəaliyyətinin diaqnostikasının nəticələri və portfel şirkətlərin korporativ idarəetmə standartlarının və idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi məsələləri müzakirə edilib. 

Holdinqin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib. Həmçinin iclasda diaqnostikanın nəticələri barədə nəqliyyat sektoruna aid portfel şirkətlərin Müşahidə Şurasının sədrinin və şirkət rəhbərlərinin çıxışları ətrafında geniş müzakirələr aparılıb.   

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri