16 
Okt
2021
17:09
443
1020
11074
Virtual karabakh

Ekspertdən qaz və işığın qiyməti ilə bağlı ŞƏRH

16 Okt, 2021
17:09
11074

Ekspertdən qaz və işığın qiyməti ilə bağlı ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekspert İlham Şaban təbii qazın və elektrik enerjisinin tariflərinin dəyişdirilməsi qərarını şərh edib.

Ekspert Oxu.az-a bildirib ki, SOCAR öz illik hesabatlarında 2016-cı ildən başlayaraq hər il qazın maya dəyərinin daxili bazardakı satış qiymətlərindən aşağıdır.

“Düzdür, bu göstəricilər hər il dəyişsə də, amma qazın daxili bazarda rentabelliyi əldə edilməyib. Çünki qiymətlər dövlət tərəfindən tənzimlənir”, - deyə İlham Şaban əlavə edib.

Onun sözlərinə əsasən, Azərbaycan bazarında qazın ən böyük istehlakçısı elektroenergetika sektorudur.

“Ona görə də “Azərkontrakt” qiyməti artırdığı təqdirdə elektrik enerjisinin satış qiymətinin artımı başa düşüləndir. Təbii qazın hasilatı və satışı prosesində dövlət üçün yaranan zərərin aradan qaldırılması istiqamətində addım atılır. Enerji təchizatı sahəsinin dövlət büdcəsindən asılılığı, subsidiyalaşdırılma azalır”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri