18 
Okt
2021
13:32
210
36
2006
Virtual karabakh

Azərbaycan xaricə 14,6 milyard dollarlıq məhsul satıb

18 Okt, 2021
13:32
2006

Azərbaycan xaricə 14,6 milyard dollarlıq məhsul satıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin doqquz ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 22 974 296 030 dollar olub.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz artıb.

Müvafiq dövrdə Azərbaycan ilə dünyanın 182 ölkəsindən 50 149 xarici ticarət iştirakçısı arasında idxal-ixrac əməliyyatları baş tutub.

Ölkəmizdən xaricə 14 629 820 970 dollar dəyərində məhsul ixrac edilib. İxrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 38,3 faiz artıb. Doqquz ay ərzində ölkəmizə 8 344 475 160 dollarlıq məhsul idxal edilib və bu da illik müqayisədə 6,7 faiz çoxdur. Nəticədə Azərbaycanın ixrac etdiyi məhsulların dəyəri ölkənin idxal etdiyi məhsulların dəyərindən 75 faiz çox olub.

Azərbaycanın müsbət xarici ticarət saldosu 6 285 345 710 dolları təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə çoxdur. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri