18 
Okt
2021
16:36
183
33
4552
Virtual karabakh

Azərbaycandan 12 ölkəyə neft ixrac olunub - FOTO

2021-ci ilin sentyabr ayında Azərbaycandan 12 ölkəyə xam neft və neft məhsulları ixrac olunub.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, sentyabr ayında Azərbaycanın mütəmadi neft ixrac etdiyi 13 ölkəyə ixrac baş tutmayıb.

Ümumilikdə, ilin doqquz ayında ölkəmizdən 20 281 699,3 ton həcmində (9 302 613 290 dollar dəyərində) xam neft və neft məhsulu ixrac edilib. İxrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz azalsa da, ixracdan əldə edilən gəlirlər isə 2 144 522 380 dollar və ya 30 faiz artıb. İxrac həcmindən fərqli olaraq gəlirlərin böyük həcmdə artmasına səbəb xam neft və neft məhsullarının dünya bazarındakı dəyərinin ötən illə müqayisədə artmasıdır.

Yanvar-sentyabr ayları ərzində xam neft və neft məhsulu ixrac etdiyimiz 25 ölkənin siyahısı:

Təkcə sentyabr ayında isə Azərbaycan ən çox İtaliya - 606 437,46 ton, Belarus - 181 542,63 ton, Portuqaliya - 137 999 ton, Kanada - 137 944,76 ton, İsrail - 96 702,35 ton, Böyük Britaniya - 89 907,79 ton, Çexiya - 88 761,49 ton, İspaniya - 79 103,23 ton, Tunis - 62 943,29 ton, Hindistan - 28 768,69 ton, Almaniya - 330 ton və Rusiyaya - 82,23 ton xam neft və neft məhsul satılıb.

Ötən ay ərzində Azərbaycandan böyük həcmdə neft alan ölkələrdən Xorvatiya, Ukrayna, Türkiyə, Tailand, Çin, İndoneziya, Rumıniya, Vyetnam, İsveçrə, Fransa, İrlandiya, Avstriya və Avstraliyaya ixrac baş tutmayıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri