18 
Okt
2021
18:00
41
272
2614
Virtual karabakh

Azərbaycanda geyimə tələbat kəskin artıb

18 Okt, 2021
18:00
2614

Azərbaycanda geyimə tələbat kəskin artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan geyim əşyaları və geyim üçün ləvazimatların idxalını artırıb.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, 2021-ci ilin doqquz ayında geyim əşyaları və geyim üçün ləvazimatlarının həcmi ümumi idxalın 2,2 faizini təşkil edib.

2021-ci ildə ölkəmiz xaricdən 185 471 680 dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 37 445 820 dollar və ya 25,3 faiz çoxdur.

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin ilk doqquz ayı ərzində 148 025 860 dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri