18 
Okt
2021
18:52
23
399
2825
Virtual karabakh

Azərbaycan elektrik enerjisinin satışından nə qədər gəlir əldə edib?

18 Okt, 2021
18:52
2825

Azərbaycan elektrik enerjisinin satışından nə qədər gəlir əldə edib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin doqquz ayında Azərbaycan xaricə 37 749 350 dollar dəyərində 934 776 070 kilovat/saat elektrik enerjisi satıb.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ümumi ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 149 926 920 kilovat/saat və ya 13,8 faiz, ixracdan əldə etdiyimiz gəlir isə 14 149 620 dollar və ya 27,3 faiz azalıb.

Təkcə sentyabr ayında ölkədən 62 718 090 kilovat/saat elektrik enerjisi ixrac edilib və bir ay ərzində elektrik enerjisi ixracından 2 544 030 dollar gəlir əldə olunub.

Azərbaycan ötən ilin sentyabr ayı ilə müqayisədə elektrik enerjisi satışını 2,3 azaldıb. Sentyabr ayı ərzində elektrik enerjisi ixracından əldə edilən gəlir isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə azalıb.

Qeyd edək ki, 2020-ci ilin doqquz ayı ərzində Azərbaycan 51 898 970 dollar dəyərində 1 084 702 990 kilovat/saat elektrik enerjisi ixrac edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri