22 
Okt
2021
13:24
22
243
2299
Virtual karabakh

“Azəriqaz”dan 2022-ci ilin qazlaşdırma planı ilə bağlı AÇIQLAMA

22 Okt, 2021
13:24
2299

“Azəriqaz”dan 2022-ci ilin qazlaşdırma planı ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2022-ci ilin qazlaşdırma planı artıq təsdiqlənmək üzrədir”.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev məlumat verib.

O bildirib ki, bununla belə planın təsdiqlənmə prosesi hələ tam başa çatmayıb:

“2022-ci ilin qazlaşdırma planını sosial media üzərindən paylaşmaq fikrimiz var. Vətəndaşlar konkret olaraq bilsin ki, 2022-ci ildə hansı massiv və ərazilər qazlaşdırılacaq. Çünki bu barədə suallar həddən artıq çox olur”.

Ruslan Əliyev qeyd edib ki, hazırda proqram bağlanıb, lakin ona yenidən baxıla və hansısa ərazilər əlavə edilə bilər.  

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri