23 
Okt
2021
17:24
22
178
2852
Virtual karabakh

Ölkə vətəndaşlarının banklardakı əmanətlərinin həcmi MƏLUM OLDU

23 Okt, 2021
17:24
2852

Ölkə vətəndaşlarının banklardakı əmanətlərinin həcmi MƏLUM OLDU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin oktyabr ayının 1-nə Azərbaycanda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 25 705 500 000 manat olub.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, 2020-ci ilin oktyabr ayının əvvəli ilə müqayisədə depozit və əmanətlərin həcmi 14,3 faiz, sentyabr ayının 1-nə olan vəziyyətlə müqayisədə isə 3,7 faiz artıb.

Vəsaitlərdən 8 838 100 000 manatı fiziki şəxslərin əmanətlərini, 1 758 900 000 manatı maliyyə təşkilatlarının, 15 075 200 000 manatı isə qeyri-maliyyə təşkilatlarının vəsaitlərini əhatə edib.

Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi ötən ilin müvafiq dövrünə nəzərən 12,8 faiz artıb. Həmçinin sentyabr ayı ərzində fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi də 279 000 000 manat məbləğində artıb.

Onların əmanətlərinin 56,4 faizi milli valyutada, 43,6 faizi isə xarici valyutada olub. Manatla olan əmanətlərin həcmi sentyabr ayında da xarici valyutada olan əmanətlərin həcmini üstələyib.

Rezidentlərə məxsus əmanətlərin həcmi fiziki şəxslərə məxsus əmanətlərin 96,4 faizini təşkil edib. Qeyri-rezidentlərin, yəni ölkə hüdudlarından kənarda yaşayan və ya ölkədə müvəqqəti qalan fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi oktyabr ayının 1-nə olan vəziyyətə görə, 320 800 000 manat təşkil edib. Bu, aylıq müqayisədə 7,8 faiz, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 14 faiz çoxdur.

Ötən ilin oktyabr ayının əvvəlinə olan göstəricilərlə müqayisədə maliyyə təşkilatlarının depozitlərinin həcmi sentyabr ayı ərzində 1,9 faiz artıb, illik müqayisədə isə 11,2 faiz azalıb.

Qeyri-maliyyə qurumlarının depozitlərinin həcmi sentyabr ayında 4,2 faiz, illik müqayisədə isə 19,2 faiz artıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri