27 
Okt
2021
11:14
133
22
1489
Virtual karabakh

Qarabağda bir sıra infrastruktur layihələri tamamlanıb - RƏSMİ

“Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti maraqlı bir dövrə təsadüf edir. Təxminən iki həftə sonra müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı qələbəmizin bir ili tamam olur”.

Oxu.Az-ın məlumatına görə, bunu İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş Qarabağ torpağının bərpası və iqtisadi dəyər zəncirinə reinteqrasiyası istiqamətində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilməkdədir:

“Artıq bir sıra iri infrastruktur layihələri tamamlanıb, bir çoxu icra mərhələsindədir”.

O qeyd edib ki, digər tərəfdən, bəşəriyyət COVID-19 pandemiyasının yaratdığı çox böyük çağırışlar ilə üzləşib.

“Sammitin keçirildiyi dövr ilə bağlı digər mühüm məqam isə 2021-ci ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən Nizami Gəncəvi İli elan olunmasıdır. Bu il dahi Azərbaycan şairi və mütəfəkkirinin anadan olmasının 880 illiyi tamam olur. Onun əsərləri təkcə ölkənin deyil, ümumilikdə dünyanın mədəniyyət xəzinəsinin nadir incilərindən hesab olunur. Hər bir xalqın mədəniyyəti və malik olduğu dəyərlər isə investisiya prizmasından sərmayəçilərin qərarlarına bu və ya digər dərəcədə təsir edir.

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti geosiyasi reallıqlar, iqtisadi perspektivlər və mədəni xüsusiyyətlər ilə bağlı məsələləri öz gündəliyində əhatə edəcəkdir. Sammit çərçivəsində müxtəlif əlaqədar mövzular üzrə beynəlxalq və yerli ekspertlərin, dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə panel müzakirələri, eləcə də startap təqdimatları keçiriləcək”, - deyə O.Məmmədov əlavə edib.

İlhamə Əbülfət 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri