27 
Okt
2021
12:14
228
18
1565
Virtual karabakh

“Yaponiya şirkəti ölkəmizə daha 40 milyon dollar investisiya yatıracaq” - AÇIQLAMA

27 Okt, 2021
12:14
1565

“Yaponiya şirkəti ölkəmizə daha 40 milyon dollar investisiya yatıracaq” - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı qələbədən sonra Azərbaycan yeni tarixi mərhələyə qədəm qoyub. “Azərbaycan 2030: Sosial İnkişafa dair Milli Prioritetlər” əsasında ölkəmizdə dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi üçün geniş imkanlar açılıb”.

Oxu.Az-ın məlumatına görə, bunu İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib.

Onun sözlərinə görə, dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət münasibətlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq:

“Şübhəsiz ki, bu gün sənaye müəssisələrinin ixtisaslaşmış klasterlərdə yerləşməsi Azərbaycanın 2030-cu ilə qədər sənayeləşmə strategiyasının əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin inzibati mexanizmlərin təkmilləşdirilməsi və bu strukturların istehsal səmərəliliyinin artırılması üçün “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı, eyni zamanda dövlət başçısının iştirakı ilə Araz Vadisi İqtisadi Zonası sənaye parkının təməlinin qoyulması, Ağdam sənaye parkı ilə bağlı qarşıya qoyulan məqsədlər nəticəsində həyata keçirilən institusional islahatlar investisiya cəlbediciliyinin yüksəlməsində müstəsna əhəmiyyətə malikdir”.

O qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun sənaye potensialının canlanması həm qeyri-neft sektoruna yeni böyük investisiyalar cəlb etmək, həm də ölkə daxilində səmərəli istehsal zənciri yaratmaq üçün güclü bir stimul olacaqdır:

“İqtisadiyyatın bütün komponentlərinin ümumi daxili məhsulun formalaşmasında prioritet paya sahib olması bu fəaliyyətlər nəticəsində reallığa çevriləcək”.

M.Musayev əlavə edib ki, Yaponiyanın “TET İnternational Development” şirkəti ilə aparılan belə görüşlər nəticəsində ölkəmizin aqrar sektoruna 10 milyon dollar həcmində investisiya yatırılıb, daha 40 milyon dollar investisiyanın yatırımı gözlənilir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri