27 
Okt
2021
12:41
120
19
1954
Virtual karabakh

Ağdam Sənaye Parkına müraciətlərin ilkin investisiya dəyəri AÇIQLANDI

27 Okt, 2021
12:41
1954

Ağdam Sənaye Parkına müraciətlərin ilkin investisiya dəyəri AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ağdam Sənaye Parkına investorların cəlb olunması istiqamətində aktiv işlər həyata keçirilir. Bu barədə sahibkarlardan bizə müraciətlər var”.

Oxu.Az-ın məlumatına görə, bunu İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, müraciətlərin ilkin investisiya dəyəri 100 milyon manatdan çoxdur:

“Bu layihələr dəyərləndirilir. Fikrimcə, yaxın zamanda həmin layihələrin icrası ilə bağlı işlərə başlanılacaq”.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə layiqli yaşayışın bərpası və bütün sahələrdə quruculuğa nail olunması məsələlərinin effektiv və koordinasiyalı həlli siyasət tədbirlərinin, o cümlədən kompleks proqramların hazırlanaraq icra olunmasını zəruri edir:

“Bu zərurətdən irəli gələrək, Konsepsiya sənədi əsasında, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, ölkə iqtisadiyyatına inteqrasiyası, dayanıqlı və tarazlı inkişafının təmin olunması, yüksək standartlara cavab verən sosial rifaha nail olunması məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı” hazırlanıb.

Müasir çağırışların nüfuz etdiyi və 30 ilə yaxın müddətdə barbarcasına talan edilmiş tarixi torpaqlarımızın qaytarılması ilə səciyyələnən yeni inkişaf mərhələsində ölkədə həyata keçirilən məqsədyönlü islahatlar milli iqtisadiyyatın dayanıqlılığını yüksəldib və Azərbaycan regionda iqtisadi lokomotiv roluna qadir iri layihələrin təşəbbüskarına çevrilib.

Uzun müddət ərzində formalaşdırılmış möhkəm sosial-iqtisadi əsaslar və suverenliyin bərpası işğaldan azad edilmiş ərazilərin iqtisadi, sosial və təbii ehtiyatlar potensialından xalqımızın inkişafı naminə istifadə olunmasına geniş imkanlar yaradıb.

İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişaf prinsiplərinə sadiq qalaraq bərpa və quruculuq işlərinin uğurla həyata keçirilməsi, sosial-iqtisadi inkişafın əsasları üçün rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması və əhalinin öz doğma torpaqlarında dayanıqlı məskunlaşmasının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir”.

N.Səfərov qeyd edib ki, Qarabağın zəngin potensialı iqtisadi artımın yeni mənbələri üçün geniş üfüqlər açmaqla yanaşı, ölkənin gələcək dayanıqlı inkişafı yolunda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı islahatların, xüsusilə iqtisadi quruculuq işlərinin aparılmasına və bu ərazilərin sürətli inteqrasiyasına zəruri əsasları möhkəmləndirib:

“Sözsüz ki, Qarabağda yaradılacaq investisiya imkanlarının qayəsində işğaldan azad edilmiş ərazilərimizin dayanıqlı inkişafı, ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, həmin regionda yerli və xarici özəl təşəbbüslərin reallaşdırılmasının hərtərəfli təşviqi, xüsusilə də dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində əməkdaşlığın həyata keçirilməsi dayanmaqdadır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri