27 
Okt
2021
12:58
138
42
1329
Virtual karabakh

Orxan Məmmədov: “Yerli və xarici investorların Qarabağa investisiya yatırmaqda marağı böyükdür”

27 Okt, 2021
12:58
1329

Orxan Məmmədov: “Yerli və xarici investorların Qarabağa investisiya yatırmaqda marağı böyükdür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlar həm xarici, həm yerli investorlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edirlər”.

Oxu.Az-ın məlumatına görə, bunu İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, KOBİA və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, 800-dən çox müraciət daxil olub:

“Biz bu məlumatları toplayırıq. Bütövlükdə həmin müraciətlər -  ticarət, xidmət, inşaat, sənaye, kənd təsərrüfatı, nəqliyyat, turizm sahələrini əhatə edir. Yerli və xarici investorların Qarabağa investisiya yatırmaqda marağı böyükdür”.

O qeyd edib ki, ötən ilin dekabr ayında Şuşada ilk çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb:

“Bu gün Şuşada kiçik və orta biznes subyektləri fəaliyyət göstərir, canlanma hiss edilir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri