16 
Noy
2021
11:48
17
119
1668
Virtual karabakh

“Azəriqaz”dan qış mövsümünə hazırlıqla bağlı AÇIQLAMA

16 Noy, 2021
11:48
1668

“Azəriqaz”dan qış mövsümünə hazırlıqla bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəriqaz” İstehsalat Birliyi qış mövsümünə tam olaraq hazırdır.

Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib. 

Onun sözlərinə görə, “Azəriqaz” İB uzun müddətdir ki, qış mövsümünə hazırlıq deyimini bir kənara qoyub, ilin bütün fəsilləri və bütün ayları qışa hesablanır:

“Bütün fəsillərdə korroziyaya uğrayan boruların əvəzlənməsi, yerin altından gedən boruların yerüstü səviyyəyə çatdırılması, qaldırılması, paylayıcıların, avadanlıqların yenilənməsi, rənglənməsi işləri ilin bütün fəsillərində aparılır ki, qışda problem yaranmasın”.

Birliyin şöbə rəisi əlavə edib ki, hazırki vəziyyətdə “Azəriqaz”ın “Azəristiliktəchizat” ilə istilik məsələsi həll olunub:

“Azəriqaz” İB ilə “Azəristiliktəchizat” ASC arasında razılaşma əldə edilib. Razılaşmaya əsasən noyabr ayının 15-dən “Azəriqaz” İB bütün qazanxanalara qazın verilişini təmin edib”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri