16 
Noy
2021
15:04
112
23
940
Virtual karabakh

Torleyf Hoqland: “Təbii qazı təmiz enerji mənbəyi kimi satmaq Azərbaycan üçün həyati əhəmiyyətlidir”

Azərbaycan və Norveç iqtisadiyyatı neftdən asılı ölkələrdir. Azərbaycanda ixrac gəlirlərinin 90%-ni neft və qaz təşkil etdiyi halda, Norveçdə bu rəqəm 50%-dir. Hər iki ölkə qaz ixracının rolunun artacağını gözləyir. Eyni zamanda, biz etiraf etməliyik ki, beynəlxalq iqlim siyasəti enerji bazarlarına və deməli, enerji korporasiyalarının kommersiya şərtlərinə köklü təsir göstərəcək.

Bu barədə neft və qaz sektorunda metan emissiyalarının azaldılması üzrə ixtisaslaşmış Norveçin “Carbon Limits” şirkətinin idarəedici heyətinin direktoru Torleyf Hoqland “Azerbaijan Today”a müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, əvvəlcə Avropada hiss olunan bu dəyişikliklər Azərbaycan və Norveç kimi enerji ixracatçılarına təsir edir. Buna baxmayaraq o, bu çağırışa cavab verən ölkələrin və enerji korporasiyalarının uğur qazanacağına inamını ifadə edib.

“Hesab edirəm ki, həm Azərbaycanın, həm də Norveçin bu yeni reallıqlara uyğunlaşmaq və faydalanmaq üçün hər cür imkanları var”, - deyə o, əlavə edib.

Şirkət rəhbəri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) emissiyaların azaldılması və enerji səmərəliliyinə diqqətindən də danışaraq bu işlərin təkcə bəyan edilmiş niyyətlər deyil, həm də praktiki addımlarla göstərilməsinə heyranlığını vurğulayıb.

“SOCAR-ın da bu məsələni əzmlə həll etdiyini müşahidə etmək çox sevindiricidir. Neft-qaz sənayesində karbon qazının azaldılması üzrə tədbirlər üzrə fəal iş, şübhəsiz ki, Azərbaycan və Norveç arasında əməkdaşlıq üçün böyük potensiala malik sahədir. Təbii qazı təmiz enerji mənbəyi kimi satmaq həm Azərbaycan, həm də Norveç üçün həyati əhəmiyyət kəsb edir”, - deyə o, əlavə edib.

Hoqland 10-15 il əvvəlki ilə müqayisədə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə israfçı resurs və ekoloji problem kimi qazın məşəldə yandırılmasına diqqəti də yüksək qiymətləndirib.

“Carbon Limits”in Xəzər regionunda fəaliyyətinə gəlincə isə şirkət rəhbəri bildirdi ki, Qazaxıstanda istixana qazları emissiyalarının ölçülməsi üçün standartların müəyyən edilməsində, o cümlədən metan emissiyalarının və məşəl emissiyalarının azaldılması layihələrinin hazırlanmasında kifayət qədər fəaldırlar, Azərbaycanda da analoji mövzular və layihələr üzrə fəaliyyətlərini aktivləşdirmək istərdilər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri