16 
Noy
2021
16:28
74
170
3620
Virtual karabakh

Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayında kəskin artım var - FOTO

16 Noy, 2021
16:28
3620

Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayında kəskin artım var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 2021-ci ilin yanvar-oktyabr aylarında istehsal edilən avtomobillərin sayı açıqlanıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, müvafiq dövrdə ölkəmizdə 1 862 ədəd minik avtomobili istehsal edilib.

Bu istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 365 ədəd və ya 24,4 faiz çoxdur. Təkcə oktyabr ayında isə 346 ədəd minik avtomobili istehsal edilib.

10 ay ərzində ölkəmizdə 581 ədəd traktor istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Təkcə oktyabr ayında isə 71 ədəd traktor istehsal edilib.

Ümumilikdə isə 323,4 milyon manatlıq maşın və avadanlıqları, digər nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,5 faiz, maşın və avadanlıqların istehsalı 9,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 90 faiz azalıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri