17 
Noy
2021
14:04
58
116
1755
Virtual karabakh

Orxan Məmmədov: “KOBİA Azərbaycana əcnəbi sərmayədarların cəlb olunmasında maraqlıdır”

17 Noy, 2021
14:04
1755

Orxan Məmmədov: “KOBİA Azərbaycana əcnəbi sərmayədarların cəlb olunmasında maraqlıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycana əcnəbi sərmayədarların cəlb olunmasında maraqlıdır”.

“Report” xəbər verir ki, bunu KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Rusiya İxrac Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş şəhər infrastrukturunun inkişafına – “Ağıllı şəhər”ə dair Rusiya şirkətlərinin biznes missiyası ilə görüşdə bildirib.

O deyib ki, görülən işlər sayəsində kiçik və orta müəssisələrin informasiya və marketinq sarıdan dəstəklənəcəyi, ixracat yönümlü müəssisələrə dəstək veriləcəyi, müştərək layihələrin hazırlanması və həyata keçirilməsi üçün əməkdaşlıq platforması inkişaf etdiriləcək.

“İkitərəfli işgüzar əməkdaşlıq müstəvisində KOBİA Azərbaycana əcnəbi sərmayədarların cəlb olunmasında maraqlıdır və onlara lazımi dəstək verməyə hazırdır. Belə ki, Rusiya iş adamları bizim Kiçik və Orta Biznesin İnkişafı mərkəzlərindən yararlana bilər. Mərkəzlər həmin müəssisələr üçün təlim, inkubasiya proqramları keçirir, məsləhətçi xidmətləri göstərir. Bununla yanaşı, “one-stop-shop” sisteminə əsasən G2B və B2B xidmətləri göstərildiyi Kiçik və Orta Biznes evlərimizdə də işgüzar fəaliyyətin təşkili üçün bütün lazımi sənədləşmələr həyata keçirilir. Həmçinin agentliyimiz yerli bazarı araşdırmaq üçün sahibkarlara maliyyə dəstəyi də verir.

Digər istiqamətlərdə maliyyə fəaliyyətimizə gəlincə, KOBİA ölkədə kiçik və orta sahibkarlığın (KOS) inkişafı ilə bağlı elmi, təhsil, tədqiqat layihələri üçün qrantlar da ayırır. Agentliyimiz həmçinin işgüzar tərəfdaşlar tapmaqda da Rusiya iş adamlarına dəstək verə bilər. Bu baxımdan Azərbaycanın 25-dən artıq şəhər və bölgəsini əhatə edən “KOS Dostları Şəbəkəsi”ni qeyd etmək istərdim”, - KOBİA rəhbəri vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri