17 
Noy
2021
14:20
50
112
1657
Virtual karabakh

KOBİA və Rusiya İxrac Mərkəzi arasında əməkdaşlığa dair sənəd imzalanıb - FOTO

17 Noy, 2021
14:20
1657

KOBİA və Rusiya İxrac Mərkəzi arasında əməkdaşlığa dair sənəd imzalanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Rusiya İxrac Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Agentlikdən Oxu.Az-a verilən məlumata əsasən, Rusiya İxrac Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş şəhər infrastrukturunun inkişafı - “Ağıllı şəhər”ə dair Rusiyanın biznes missiyası ilə görüş çərçivəsində sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Rusiya İxrac Mərkəzi adından Azər Talıbov imzalayıblar.

Anlaşma Memorandumu Azərbaycan və Rusiya arasında kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın genişləndirilməsini, ixrac və sənaye sektoru üzrə məlumat mübadiləsini, qarşılıqlı biznes missiyaların və digər tədbirlərin təşkilini və s. nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri