17 
Noy
2021
16:28
460
35
3620
Virtual karabakh

Elektrik və hibrid avtomobillərin vergidən azad olunması təklifi birinci oxunuşdan keçdi

17 Noy, 2021
16:28
3620

Elektrik və hibrid avtomobillərin vergidən azad olunması təklifi birinci oxunuşdan keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Oxu.Az bildirir ki, təklif edilən dəyişikliklər bir neçə istiqaməti əhatə edir.

Belə ki, dəyişikliklə spirt, tündləşdirilmiş içkilər və konyak üçün aksiz vergisinin dərəcəsi hər litr üçün 0,80 manat artırılaraq 4 manata çatdırılır.

Həmçinin elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.

Digər təklif olunan dəyişiklik budur ki, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad edilsin.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri