18 
Noy
2021
10:26
29
129
1180
Virtual karabakh

Mikayıl Cabbarov Dünya Bankına Azərbaycanda qeyri-neft sektorunun inkişafı barədə məlumat verib - FOTO

18 Noy, 2021
10:26
1180

Mikayıl Cabbarov Dünya Bankına Azərbaycanda qeyri-neft sektorunun inkişafı barədə məlumat verib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerde ilə görüşüb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata əsasən, Mikayıl Cabbarov Azərbaycanın beynəlxalq maliyyə qurumları, həmçinin Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verdiyini, bankın texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib.

Vurğulanıb ki, Azərbaycan və Dünya Bankı arasında çoxşaxəli sahələrdə əməkdaşlıq qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerde Bankın ölkəmizlə səmərəli əməkdaşlığını vurğulayıb, Azərbaycanda aparılan iqtisadi islahatların dəstəkləndiyini bildirib.

Tərəflər birgə layihələrin icra vəziyyətini və yeni əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri