19 
Noy
2021
18:43
475
35
1806
Virtual karabakh

Türkmənistan və Azərbaycan iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir - VİDEO

19 Noy, 2021
18:43
1806

Türkmənistan və Azərbaycan iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

“Report” xəbər verir ki, görüş zamanı yüksək səviyyədə əldə olunmuş razılaşmaların icra edilməsi kontekstində iki ölkə arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin prioritetləri, həmçinin bütün spektr üzrə əməkdaşlığın gücləndirilməsi üçün mövcud potensial haqqında fikir mübadiləsi aparılıb.

Görüş zamanı həm ikitərəfli, həm də nüfuzlu beynəlxalq təşkilat və strukturlar çəvçivəsində çoxtərəfli formatda uğurla qurulan əlaqələrin yüksək inkişaf dinamikası xüsusilə vurğulanıb.

M.Cabbarov Azərbaycanın Türkmənistan ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini qeyd edib.

Siyasi, ticari-iqtisadi, nəqliyyat-kommunikasiya, elmi-texniki, mədəni-humanitar və digər sahələr üzrə dövlətlərarası əlaqələrin strateji xarakter daşıdığını vurğulayan tərəflər müxtəlif istiqamətlər üzrə münasibətlərin inkişaf etdirilməsi üzrə əlaqələndirici orqan qismində iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyanın rolunun gücləndirilməsinin vacibliyini qeyd ediblər. Bu kontekstdə qarşılıqlı investisiyaların məhsuldar əməkdaşlığın genişləndirilməsinin vacib amillərindən biri olduğu bildirilib.

Görüş zamanı 2 qonşu ölkənin coğrafi mövqeyinin yüklərin quru və dəniz yolu ilə optimal yük daşıma marşrutlarını və onların beynəlxalq nəqliyyat infrastrukturuna inteqrasiyasını təmin edən qitələrarası nəqliyyat-tranzit dəhlizlərinin yaradılması üzrə layihələrin effektiv icrası üçün münbit zəmin yaratdığı qeyd olunub.

İqtisadiyyat naziri Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların nəqliyyat-logistika əlaqələrinin gələcək inkişafına güclü təkan verdiyini qeyd edib.

Müzakirə mövzularından biri Türkmənistan və Azərbaycanın milli iqtisadiyyatlar üçün strateji əhəmiyyətə malik enerji sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri olub. Nəhəng neft və qaz yataqlarına malik hər iki ölkər üçün bu sektorun inkişafının prioritet istiqamətlərdən olduğunu qeyd edən tərəflər bərabər hüquqluluq və qarşılıqlı fayda prinsiplərinə əsaslanan ənənəvi əməkdaşlığın genişləndirilməsinə tərəfdar olduğunu bildiriblər.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri