22 
Noy
2021
11:46
74
198
2128
yuxarı
Azərbaycan nefti ucuzlaşıb
22 Noy, 2021
11:46
2128
74
198
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanın “Azeri Light” markalı xam neftinin bir barelinin həftə ərzində orta qiyməti 82,62 ABŞ dolları təşkil edib.
Oxu.Az-ın məlumatına görə, ötən həftə ərzində neftin bir barelinin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,75 ABŞ dolları qədər və ya 3,22 faiz azalıb.
Həftə ərzində neftin bir barelinin orta qiymətinin ən yüksək həddi 16 noyabr tarixində qeydə alınıb və 83,90 ABŞ dollarına bərabər olub.
Eləcə də, Azərbaycan neftinin qiymətinin ən aşağı həddi 19 noyabr tarixində qeydə alınıb və 80,39 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 8-12 noyabr tarixlərini əhatə edən müddət ərzində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 85,37 ABŞ dollarına bərabər olub.
Nigar Məmmədova