22 
Noy
2021
16:24
18
75
691
Virtual karabakh

Rusiyaya idxalda aşkarlanan uyğunsuzluqlar səbəbindən 125 bildiriş göndərilib

22 Noy, 2021
16:24
691

Rusiyaya idxalda aşkarlanan uyğunsuzluqlar səbəbindən 125 bildiriş göndərilib

“AQTA idxalda aşkarlanan uyğunsuzluqlarla bağlı müxtəlif ölkələrə 182 bildiriş göndərib”.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli məlumat verib.

O bildirib ki, hazırda qonşu ölkələr də daxil olmaqla, dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan virus və bakteriya mənşəli bir sıra xəstəliklər yayılır:

“Həmin virus xəstəliklərinin əsas sahib bitkisi pomidor bitkisidir, lakin bu viruslar badımcançiçəklilər və digər fəsilələrə aid olan bitkilərdən badımcan, bibər, kartof və tütünə daha çox zərər vurur. Bununla bağlı olaraq, ölkəmizdə idxal tələbləri dəyişdirilib və fitosanitar nəzarət tədbirləri daha da gücləndirilib”.

O qeyd edib ki, 2021-ci ilin ötən dövrü ərzində idxalda aşkarlanan uyğunsuzluqlar səbəbindən agentlik tərəfindən müxtəlif ölkələrə ümumilikdə 182 bildiriş göndərilib. Həmin bildirişlərdən 125-i Rusiya (ərzaqlıq buğda - 98, ərzaqlıq qarğıdalı - 6, toxumluq kartof - 21), 37-si İran (ərzaqlıq kartof - 36, toxumluq kartof - 1), 15-i Gürcüstan (ərzaqlıq kartof - 5, toxumluq kartof - 10), 3-ü Türkiyə (tinglər - 1, ərzaqlıq kartof - 2), 1-i Ukrayna (günəbaxan toxumu), 1-i İspaniya Krallığına (pomidor toxumu) təqdim edilib.

Həmçinin ölkəmizdən ixrac olunan məhsullarda aşkarlanan uyğunsuzluqlarla bağlı ümumilikdə 128 bildiriş daxil olub. Həmin bildirişlərdən 109-u Rusiya (pomidor - 71, şaftalı - 16, armud - 4, nektarin - 4, digər - 14), 17-si Qazaxıstan (pomidor), 2-si Ukraynadan (taxta qablaşdırma materialı) göndərilib.

Daxil olmuş bildirişlərlə bağlı dərhal araşdırmalar aparılıb və müvafiq tədbirlər görülüb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri