22 
Noy
2021
16:44
89
61
1305
Virtual karabakh

AQTA sədrindən satışda yararsız məhsulların olması məsələsi ilə bağlı AÇIQLAMA

22 Noy, 2021
16:44
1305

AQTA sədrindən satışda yararsız məhsulların olması məsələsi ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda istehlak üçün yararsız olan hər hansı bir məhsul satışa çıxarılmır”.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli məlumat verib.

O bildirib ki, istehlaka yararsız məhsullar ya məhv edilir, ya əlavə emala göndərilir, ya da onun istifadə istiqaməti dəyişdirilir:

“Bəzi media və sosial şəbəkələrdə istehlak üçün yararsız məhsulların satışa çıxarılması ilə bağlı heç bir əsası olmayan, yanlış məlumat yayılır. Bu sadəcə əlavə təşviş yaratmaqdan başqa heç nəyə xidmət etmir.

Bu məsələ ilə bağlı AQTA olaraq sahibkarlıq strukturlarına müraciət etmişdik ki, istehlak obyekti olan, keyfiyyət və təhlükəsizlik göstəricilərində hər hansı bir problem hiss etdiyiniz məhsulların geri çağırılması baş tutsun. Azərbaycan sahibkarlarında belə bir qorxu var idi ki, əgər onlar öz məhsullarını bəyan etsələr bu biznesə mənfi təsir edəcək. Lakin biz dəyərli iş adamlarını inandırdıq və birgə işlər nəticəsində yüzlərlə sahibkarlıq strukturu özü müraciət edərək məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərində problem olduğunu bəyan edib. Hətta özləri həmin məhsulların istehlaka yararsız olduğu halda onların müasir poliqonlarda məhv olunması məsələsi ilə çıxış etdilər”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri