23 
Noy
2021
17:42
61
205
8530
Virtual karabakh

Azərbaycanda dollar qəbulu yenidən aktiv olacaq - AÇIQLAMA

23 Noy, 2021
17:42
8530

Azərbaycanda dollar qəbulu yenidən aktiv olacaq - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bankomatlar vasitəsilə dollar əsginasların qəbulu prosesinin bərpası üzrə işlər aparılır.

Bu barədə Oxu.Az-a “Kapital Bank”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov məlumat verib.

O bildirib ki, bankomatlarda proqram təminatının yenilənməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilib və artıq proses yekunlaşmaq üzrədir:

“Proqram təminatının yenilənməsi ilə bağlı işlər demək olar ki, yekunlaşıb. Həftə ərzində bankomatlar vasitəsilə dollar əsginaslarının qəbulu prosesi bərpa ediləcək”.

Qeyd edək ki, oktyabr ayının əvvəlində banklar tərəfindən bankomatlar vasitəsilə dollar əsginasların qəbulu dayandırılıb. Buna səbəb dövriyyədə müəyyən miqdarda saxta 100 dollar əsginasların olmasıdır.

Saxta əsginasların təhlükəsizlik elementləri həqiqi valyuta vahidinə dəqiq olaraq bənzədilə bildiyindən bankomatlar tərəfindən saxta pullar müəyyən edilə bilməyib. Bu səbəbdən banklar saxta dollar əsginasların dövriyyəsinin qarşısını almaq üçün bankomatlar vasitəsilə onların qəbulunu dayandırıb. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri