24 
Noy
2021
01:07
135
43
1791
Virtual karabakh

ABŞ və Hindistan ehtiyat neftindən istifadə edəcək

24 Noy, 2021
01:07
1791

ABŞ və Hindistan ehtiyat neftindən istifadə edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Co Bayden ölkə hakimiyyətinin strateji ehtiyatlardan 50 milyon barel neft çıxarmağı planlaşdırdığını açıqlayıb.

Onun sözlərinə görə, bu tədbir xammalın qiymətini aşağı salacaq.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Gözlənilir ki, bu həcmdə neftin buraxılması ölkə vətəndaşları üçün qiymətləri aşağı salacaq və “pandemiyadan yaranan tələb və təklif arasındakı uyğunsuzluğu aradan qaldıracaq”.

Eyni zamanda, Hindistanın Neft və Təbii Qaz Nazirliyi qiymətləri aşağı salmaq üçün bir sıra ölkələrlə razılaşdırılaraq strateji ehtiyatdan 5 milyon barel neft buraxmaq planlarını təsdiqləyib.

“Hindistan strateji neft ehtiyatlarından 5 milyon barel xam neft buraxmağa razılıq verib. Bu buraxılış ABŞ, Çin Xalq Respublikası, Yaponiya, Koreya Respublikası da daxil olmaqla dünyanın digər əsas enerji istehlakçıları ilə paralel və məsləhətləşmələr əsasında həyata keçiriləcək”, - deyə nazirliyin bəyanatında qeyd edilir.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri