25 
Noy
2021
13:32
24
257
1083
Virtual karabakh

Ölkədə bankların qazancları çoxalıb: Filialların və işçilərin sayı artıb

2021-ci ilin 1 noyabr tarixinə Azərbaycanda bankların cəmi aktivlərinin həcmi 34 963 600 000 manat olub.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumatına əsasən, əvvəlki ayla müqayisədə bankların aktivlərinin həcmi 1,3 faiz, illik müqayisədə isə 13,9 faiz artıb.

Bankların cəmi öhdəliklərinin həcmi 30 028 800 000 manat təşkil edib. Bu isə aylıq müqayisədə 1,3 faiz, illik müqayisədə isə 15,1 faiz çoxdur. Cəmi bir ay ərzində bankların öhdəliklərinin həcmi 1 042 200 000 manat həcmində artıb.

Noyabr ayının 1-nə bankların xalis gəlirlərinin həcmi 570 100 000 manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis gəlirinin həcmi 19,3 faiz artıb.

Təkcə oktyabr ayı ərzində isə bank sektoru 64 500 000 manat gəlir əldə edib, bu sentyabr ayında əldə edilmiş xalis gəlirdən 28 faiz çoxdur.

Bu il bankların mənfəətdən ödədiyi vergilərin həcmi də ötən ilin eyni dövrünə nisbətən 18,5 faiz azalaraq 109 700 000 manat olub.

Noyabr ayının əvvəlinə 26 bankın filiallarının sayı 473, bankların ATM-lərinin sayı isə 2 870 ədəd olub. Ay ərzində daha yeddi ədəd bank filialı və 16 ədəd ATM istifadəyə verilib.

Hesabat dövrünün sonuna banklarda işçilərin sayı 19 835 olub. Bir ay ərzində 347 (1,8 faiz artım) yeni işçi bank sektorunda fəaliyyətə başlayıb. Bank sektorunda çalışan işçilərin sayı ilin əvvəlindən 1 127 nəfər və ya altı faiz artıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri