26 
Noy
2021
12:26
52
20
1393
Virtual karabakh

“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 25-ə çatdı

26 Noy, 2021
12:26
1393

“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 25-ə çatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha altı KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 25-ə çatıb.

“Startap” şəhadətnaməsi “Buta Vending” MMC-nin avtomatlaşdırılmış ticarət köşklərinin istehsalı və satışı, “Cusperco” MMC-nin xidmət təchizatçıları üçün “www.azdo.az” platforması, “Payriff" MMC-nin onlayn ticarət üçün “www.payriff.com” ödəniş aqreqatoru, fərdi sahibkar Əliağa Ağayevin səhiyyə müəssisələri üçün proqram təminatı, “Oxuyan” MMC-nin onlayn imtahanların təşkili üzrə “www.oxuyan.az” platforması və fərdi sahibkar Fərid Fərmanovun biznes subyektlərində elektron idarəetmənin təşkili üçün bulud tipli proqram təminatı “www.bein.az” layihəsi üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən üç il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri