26 
Noy
2021
13:12
230
22
1852
Virtual karabakh

“Azəriqaz”: “Abunəçi ödəniş edirsə, “Azəristiliktəhcizat”dan istiliyi tələb etməlidir”

26 Noy, 2021
13:12
1852

“Azəriqaz”: “Abunəçi ödəniş edirsə, “Azəristiliktəhcizat”dan istiliyi tələb etməlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz təbii qazı topdansatışçı olan “Azərkonktrak” ASC-dən alırıq və dəyərinin 100 faiz ödənişini həyata keçiririk”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, fərqi yoxdur “Azəristiliktəchizat” ASC və yaxud başqa təşkilat, 30 gün müddətində alınan qaza görə ödəniş etməlidir, etmədiyi halda biz qazı dayandırmalıyıq:

“Azəristiliktəchizat”a dövlət dotasiya verir, yardım olunur. Həmin yardım hər ilin sonu və ya 11-ci ayında baş tutur. Hər bir təşkilat işini elə qurmalıdır ki, aldığı məhsulun dəyərini ödəyə bilsin. “Azəristiliktəchizat” ilə onun hər bir abunəçisi arasında bağlanan müqaviləyə görə, onları istiliklə təmin etməlidir. Abunəçi üçün fərqi yoxdur təchizatçı qazı haradan alır. Əgər abonent ödənişini edirsə, deməli istilik təminatını “Azəristiliktəchizat”dan tələb etməlidir”.

O vurğulayıb ki, “Azəristiliktəhcizat” ilə mövcud müqaviləyə əsasən “Azəriqaz” qazın satışını həyata keçirir və satışa görə onun pulunu tələb edir:

“Sadəcə hər iki qurum dövlət təşkilatı olduğundan “Azəristiliktəchizat”a müəyyən qədər güzəştə gedilib. Onlara dekabrın 15-nə kimi vaxt verdik. Artıq “Azəriqaz” “Azəristiliktəchizat”a satdığı qazın dəyərini topdansatışçı olan “Azərkonktrak”a ödəyib. Çünki topdansatışçı bizdən hər ay qazın ödənişini 100 faiz tələb edir və biz də ödəyirik. Bunun üçün də bu məsələyə dekabrın 15-də son qoyulacaq. Bu vaxta qədər “Azəristiliktəchizat” öz işini görməlidir, ya qazın dəyərini ödəməlidir, ya da biz artıq onlara qazın verilişinin dayandırılacağı barədə xəbərdarlıq etmişik”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri