26 
Noy
2021
16:28
443
50
5112
Virtual karabakh

SOCAR Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi istifadəyə verəcək - VİDEO

26 Noy, 2021
16:28
5112

SOCAR Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi istifadəyə verəcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Böyük zəfərin ardından işğaldan azad edilmiş Qarabağ bölgəsində fasiləsiz quruculuq işləri həyata keçirilir. Bu quruculuq işləri dövründə nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə “SOCAR Petroleum” QSC Qubadlı rayonunda, Gorus-Qafan yolunun üzərində, “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsinin (YDM) istifadəyə verilməsi üzrə hazırlıq işləri görülür”.

Bu barədə Oxu.Az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, beləliklə “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 41-ə çatdırılıb, Qarabağ bölgəsində isə SOCAR yanacaqdoldurma məntəqələrinin sayı üçə çatdı:

“YDM özünə xidmət üsulu ilə fəaliyyət göstərəcək. Belə ki, müştərilər YDM-də quraşdırılmış xüsusi ödəniş terminalı vasitəsilə ödəməni həyata keçirdikdən sonra özləri yanacaqpaylayıcı kolonkadan yanacaq  təminatlarını ödəyə biləcəklər.

Yeni istifadəyə verilmiş YDM-də üç yanacaqpaylayıcı kolonka quraşdırılıb. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “Aİ-95” premium, “Aİ-92” markalı benzin və “dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da dörd kiçik və bir iritutumlu avtonəqliyyat vasitəsinin eyni vaxtda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb”.

İbrahim Əhmədov əlavə edib ki, sonuncu istismara verilən YDM Qubadlı rayonunun Eyvazlı kəndinin ərazisində yerləşir. SOCAR daha əvvəl Şuşada və Ağdam rayonunda da modul tipli YDM-ləri açmışdı.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC 41 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalından ibarət neft məhsullarının topdan satışı şəbəkəsinə sahibdir. Sıxılmış təbii qazın (CNG) mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan “SOCAR Petroleum” QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. “SOCAR Petroleum” QSC-nin fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin ehtiyaclarını təmin etməkdir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri