29 
Noy
2021
10:52
27
145
2216
Virtual karabakh

Azərbaycanda “Avro-5” yanacağının istehsalı ilə bağlı LAYİHƏ - FOTO

29 Noy, 2021
10:52
2216

Azərbaycanda “Avro-5” yanacağının istehsalı ilə bağlı LAYİHƏ - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Yenidənqurma və Modernizasiya Layihəsinin məqsədləri açıqlanıb. 

Oxu.Az xəbər verir ki, bu barədə “SOCAR Downstream Management”in baş direktorunun müavini Emil Alxaslı layihənin təqdimatı zamanı bildirib. 

O deyib ki, ölkədə “Avro-5” standartlarına cavab verən benzin və dizel yanacağının istehsalını təmin etmək layihənin məqsədləri sırasında yer alır. 

“Digər məqsəd budur ki, emal prosesi ətraf mühitə az ziyan vursun”, - deyə o qeyd edib. 

E.Alxaslının sözlərinə görə, “Azərikimya” İstehsalat Birliyini neft-kimya xammalı ilə təmin etmək də layihənin məqsədlərinə daxildir:

“Məqsədlərin həyata keçirilməsi üçün hədəf tarixlər də müəyyənləşib. 

Belə ki, “Avro-5” dizel yanacağına hazırlıq üçün tarix 2022-ci ilin ikinci rübü nəzərdə tutulur. 

“Avro-5” benzin yanacağı üçün isə bu müddət 2023-cü ilin ikinci rübündə gerçəkləşəcək. 

Cari mərhələ üçün yekun işlər 2023-cü ilin dördüncü rübündə bitəcək”. 

Aqşin Kərimov
FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri