29 
Noy
2021
11:18
30
269
10795
Virtual karabakh

SOCAR rəsmisindən Aİ-92 və Aİ-95 markalı benzinlə bağlı AÇIQLAMA

29 Noy, 2021
11:18
10795

SOCAR rəsmisindən Aİ-92 və Aİ-95 markalı benzinlə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2023-cü il ərzində daha keyfiyyətli Aİ-92 benzin istehsalı və nəhayət “Avro-5” standartına cavan verən Aİ-92 və Aİ-95 markalı benzinin istehsalı üçün tələb olunan müvafiq yeni qurğuların istismara verilməsi nəzərdə tutulur”. 

Oxu.Az xəbər verir ki, bunu “SOCAR Downstream Management”in baş direktorunun müavini Emil Alxaslı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2022-ci ilin ortasında zavodda istehsal olunan dizel “Avro-5” standartlarına cavab verəcək.  

“Amma istehsalatda olan dizellərin bu standarta uyğunlaşması 4-6 ay çəkəcək”, - deyə o əlavə edib. 

Onun bildirdiyinə görə, yanacaqdoldurma məntəqələrində əvvəlki dövrdə istehsal olunmuş yanacağın tükənməsi və yeni keyfiyyət standartına uyğun istehsal olunan yanacaqla tam əvəzlənməsi tədricən reallaşacaq:

“Bu proses “Avro-5” standartına cavab verən yanacaq istehsalının başlanmasından sonra bir neçə ay davam edə bilər”.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri