30 
Noy
2021
12:47
20
126
1364
Virtual karabakh

“SOCAR Türkiyə”nin baş direktoru: “Artıq dizel bazarında 85 faizlik rəqəmlərə yenidən qayıtdıq”

30 Noy, 2021
12:47
1364

“SOCAR Türkiyə”nin baş direktoru: “Artıq dizel bazarında 85 faizlik rəqəmlərə yenidən qayıtdıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“STAR Neft Emalı Zavodu bu il fəaliyyətini gəlirlə davam etdirib”.

Oxu.Az xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Türkiyədə baş tutan media konfransında deyib.

O bildirib ki, zavodun gəlirliliyi pandemiyadan əvvəlki dövrə geri qayıdıb:

“Artıq dizel bazarında 85 faizlik rəqəmlərə yenidən qayıtdıq. Pandemiya dövründə də 1,6 milyon ton təyyarə yanacağı istehsal gücünü dizelə çevirərək bazarda əhəmiyyətli rəqabət üstünlüyünü qazanıb”.

Onun sözlərinə görə, büdcədə artıq müsbət nəticələri görmək mümkündür.

Bildirilib ki, gündəlik 35 min kub metr xam neft işləmə qabiliyyətinə malik zavodun saxlama tutumu 2020-ci ildə yeni məhsul çənləri layihəsinin tamamlanması ilə 1,9 milyon kub metrə çatıb. Səmərəliliyini və əməliyyat rahatlılığını artırmaq üçün 600 milyon dollar əlavə saxlama investisiyaları qoyulur və bu başa çatdıqda zavodun anbar tutumu 1,6 milyon kub metrdən 2,2 milyon kubmetrə çatacaq. Bu həcm 11 milyon ton neft emal edən neftayırma zavodu üçün ideal ölçü hesab olunur. Bu şəkildə STAR NEZ-də xammal qaynağı çeşidliliyi yarana biləcək. Bu layihələrdən birinin 2021-ci ildə, digərinin isə 2022-ci ildə tamamlanması gözlənilir.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri