30 
Noy
2021
13:44
111
33
1131
Virtual karabakh

SOCAR Türkiyədə yataqların birgə işlədilməsi layihələrində iştirak edə bilər

30 Noy, 2021
13:44
1131

SOCAR Türkiyədə yataqların birgə işlədilməsi layihələrində iştirak edə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyədə ortaq layihələrin icrası ilə bağlı hələ ki, TPAO-dan (Türkiye Petrolleri Anonim Ortaklığı) təklif almamışıq”.

Oxu.Az xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Türkiyədə baş tutan media konfransında deyib. 

O bildirib ki, Azərbaycanda TPAO ilə 1994-ci ildən bəri əməkdaşlıq edilir və SOCAR-ın bu şirkətlə çox gözəl əlaqələrimiz var: 

“İndiki dövr üçün Türkiyədə hər hansı layihəyə dəvət almamışıq. Əgər Türkiyədə yataqların birgə işlədilməsinə və ya hansısa layihələrin birgə həyata keçirilməsinə dair təklif edilsə, biz bu layihələrə baxa bilərik. Bildiyiniz kimi SOCAR olaraq bizim xüsilə də dənizdə platformaların işlədilməsində çox böyük təcrübəmiz var. Bu cəhətdən şirkət müvafiq layihələrə baxa bilər”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri