Dek
2021
16:36
88
33
1159
Virtual karabakh

Anar Məmmədov: “STAR NEZ-də ən keyfiyyətsiz nefti belə emal etmək mümkündür”

1 Dek, 2021
16:36
1159

Anar Məmmədov: “STAR NEZ-də ən keyfiyyətsiz nefti belə emal etmək mümkündür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“STAR dünyada ən son inşa edilən neft emalı zavodudur. Hazırda illik 11 milyon ton xam neft emalı gücünə sahibdir. Növbəti dövrdə illik emal gücünü 11,5 milyon neftə çatdırmağı planlaşdırırıq”. 

Oxu.Az xəbər verir ki, bunu “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov Türkiyənin İzmir şəhərində baş tutan mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, STAR NEZ-də hətta ən keyfiyyətsiz nefti belə emal etmək mümkündür: 

“Biz bu emal nəticəsində kömür və koksa qədər ala bilirik. Hazırda zavodda 28 növ xam neft üzərində işləyirik. Bu kifayət qədər böyük rəqəmdir. Hazırda zavod Türkiyənin işlənmiş neft məhsulları ehtiyacının təxminən 25 faizini qarşılayır”. 

Qeyd edək ki, ümumilikdə dəyəri 6,3 milyard dollar olan layihənin investisiya dəyərinin 3,3 milyard dollarını layihə maliyyələşdirmə krediti hesabına təmin edib. Neft emal zavodunun istismar çevikliyini, səmərəliliyini və logistika qabiliyyətini daha da inkişaf etdirmək üçün həyata keçirilən əlavə investisiyalarla birlikdə ümumi investisiya məbləğinin 7 milyard dollar olacağı gözlənilir. 

STAR Neft Emal Zavodu dizel və naftadan əlavə, Türkiyədəki cari çatışmazlığın əhəmiyyətli komponentlərindən olan təyyarə yanacağı və LPG kimi neft məhsullarını da istehsal edir.

Nigar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri