Dek
2021
16:00
100
23
1459
Virtual karabakh

STAR NEZ-də ən ucuz və ən ağır neftləri işləyib şəffaf məhsullar ala bilərik

1 Dek, 2021
16:00
1459

STAR NEZ-də ən ucuz və ən ağır neftləri işləyib şəffaf məhsullar ala bilərik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda STAR Neft Emalı Zavodunda emal edilmək üzrə dünyanın fərqli ölkələrindən neft alırıq. 

Oxu.Az xəbər verir ki, bunu “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov Türkiyənin İzmir şəhərində baş tutan mətbuat konfransında deyib. 

O bildirib ki, şirkət Qazaxıstan, Norveç, Rusiya, Tunis, Mərakeşdən neft alırıq:

“Bizim üçün ən uyğun neft İran nefti ola bilər. Hazırda sanksiyalarla bağlı olaraq siyasi səbəblərdən dolayı bu mümkün deyil. Gələcəkdə siyasi vəziyyət dəyişərsə İran neftini də əldə edə bilərik. Eləcə də Venesuelanın xam nefti də bizim üçün uyğundur, lakin biz onu da ala bilmirik”. 

Zaur Məmmədov vurğulayıb ki, zavodda ilk işlənən neft Azərbaycanın “Azeri Light” markalı neft olub: 

“Azeri Light” yüngül və dəyərli neftdir. Onun keyfiyyəti və qiyməti də yüksəkdir. Azərbaycan neftindən şəffaf məhsullar əldə edilir. Bu neftin keyfiyyətinə görə premium ödəniş edən müştərilər var. Lakin biz hazırda “Azeri Light”dan istifadə etmirik. Çünki STAR NEZ-də ən ucuz və ən ağır neftləri işləyib şəffaf məhsullar ala bilərik”.

Nigar Məmmədova

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri