Dek
2021
17:16
11
117
1495
Virtual karabakh

Yeni ştammın meydana gəlməsi “Petkim”ə necə təsir edəcək?

1 Dek, 2021
17:16
1495

Yeni ştammın meydana gəlməsi “Petkim”ə necə təsir edəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pandemiyanın neft-kimya sektoruna mənfi təsirləri müşahidə olunmadı, əksinə müsbət təsirlərini hiss etdik”. 

Oxu.Az xəbər verir ki, bunu “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov Türkiyənin İzmir şəhərində baş tutan mətbuat konfransında deyib. 

O bildirib ki, yeni ştammın meydana gəlməsinin “Petkim”ə neqativ təsiri olmayacaq, hətta böyük ehtimalla müsbət təsiri özünü göstərəcək: 

“Ümumiyyətlə bu dövrdə neft-kimya məhsullarına tələb azalmadı, əksinə artım oldu. Yeni ştamm, köhnə ştamm, fərq etmir. Tibb məhsullarına, plastik, polimer məhsullara tələb artdı”.

Anar Məmmədov əlavə edib ki, ümumilikdə enerji məhsullarına tələb azalsa da, növbəti dövrdə neft-kimya məhsullarına tələb azalmayacaq. Eləcə də, enerji məhsullarına azalan tələb STAR NEZ-in fəaliyyətinə böyük təsir göstərməyəcək:

“STAR NEZ ən effektiv və ən son texnologiyalarla qurulan zavoddur. Biz hazırda “Petkim” üçün naftanı təmin edirik. Gələcəkdə digər məhsulları da təmin edə bilərik. STAR NEZ-də benzinin istehsalında istifadə olunan reformator da emal edilir. Gələcəkdə bununla bağlı da layihələr ola bilər”. 

Qeyd edilib ki, ötən dövr ərzində neft-kimya məhsullarına tələbatın artması ilə birlikdə tədarük məhdudiyyətlərinin yaşandığı dövrdə “Petkim” STAR Neft Emalı Zavodunun inteqrasiyası ilə istehsalına fasiləsiz davam etmək üstünlüklərindən də istifadə etdi. Məhsul müxtəlifliyinin və fasiləsiz istehsalın toplam satışlarda əks olunduğu bu dövrdə tutumlardan istifadə əmsalı əvvəlki illə müqayisədə 89,5 faizdən 92,2 faizə yüksəlib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri