Dek
2021
14:28
53
114
4251
Virtual karabakh

“SOCAR Petroleum”un baş direktoru dəyişdi

2 Dek, 2021
14:28
4251

“SOCAR Petroleum”un baş direktoru dəyişdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC-yə yeni baş direktoru təyin edilib.

“Report”un məlumatına görə, bu vəzifə Rövşən İmran oğlu Həsənova həvalə edilib. O, bu vəzifədə Toğrul Cavad oğlu Seyidovu əvəzləyib.

Faktı “SOCAR Petroleum” QSC-dən təsdiqləyiblər.

Qeyd edək ki, Rövşən Həsənov “Azərneftyağ” Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, “SOCAR Petroleum” QSC Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib.

Şirkətin ilk yanacaqdoldurma məntəqəsi 2010-cu ilin mayın 7-də açılıb. Şirkətin 39 yanacaqdoldurma məntəqəsi və 11 neft məhsullarının saxlama terminalı, 1 sıxlaşdırılmış təbii qaz terminalı və 9 CNG stansiyası fəaliyyət göstərir. “SOCAR Petroleum”da 2 000 nəfərdən çox işçi çalışır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri