Dek
2021
13:14
194
77
2220
Virtual karabakh

Spirtli içkilərin aksiz vergisinin artırılmasını nəzərdə tutan layihə qəbul edilib

3 Dek, 2021
13:14
2220

Spirtli içkilərin aksiz vergisinin artırılmasını nəzərdə tutan layihə qəbul edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, dəyişikliklə spirt, tündləşdirilmiş içkilər və konyak üçün aksiz vergisinin dərəcəsi hər litr üçün 0,80 manat artırılır.

Hazırda qüvvədə olan Məcəlləyə əsasən, içməli spirt (o cümlədən tərkibində 80 %-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 %-dən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materiallarının hər litri 3,2 manat təşkil edir.

Artımdan sonra bu məbləğ dörd manat təşkil edəcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri