Dek
2021
10:40
21
84
1438
Virtual karabakh

Neft Fondundan büdcəyə transfert ediləcək məbləğin artacağı gözlənilir

6 Dek, 2021
10:40
1438

Neft Fondundan büdcəyə transfert ediləcək məbləğin artacağı gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanun layihəsinə 2022-ci il üzrə Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi 12 milyard 710 milyon manat səviyyəsində müəyyən edilib.

Oxu.Az xəbər verir ki, bu “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyi”ndə qeyd edilib.

Bildirilib ki, fərman layihəsində 2022-ci ildə dövlət büdcəsinə transfertin yuxarı həddi ilə bağlı xərclər 2020-ci ilin müvafiq icra göstəricisindən, həmçinin 2021-ci ilin müvafiq proqnoz göstəricilərindən 510 milyon manat və ya 4,2 faiz, gözlənilən icra göstəricisindən isə 1 milyard 360 milyon manat və ya 12 faiz çoxdur.

Cari ilin doqquz aylıq icra göstəricilərinə əsasən, dövlət büdcəsinə transfert 1 milyard 840,3 milyon manat fərqlə icra olunub, ümumilikdə hesabat tarixinə dövlət büdcəsinin icrası üzrə profisit yaranıb. Belə olduğu halda Fond tərəfindən proqnozlaşdırılan transfertdən kənarlaşılsa da, Fondun idarəedilməsində qalan məbləğdən əlavə gəlir götürmək imkanı yaranıb.

2021-ci ilin doqquz ayı ərzində Dövlət Neft Fondundan dövlət büdcəsinə 7 milyard 309,7 milyon manat vəsait transfer edilib və bu xərc maddəsi illik büdcədə nəzərdə tutulana nisbətən (12 200,0 milyon manat) 59,9 faiz səviyyəsində icra edilib.

Hesabat dövründə dövlət büdcəsinə transfert 2020-ci ilin eyni dövrünə nisbətən 17,4 faiz (və ya 1 milyard 542,8 milyon manat) az olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri