Dek
2021
16:24
232
15
1075
Virtual karabakh

Şərqi Zəngəzur iqtisadi rayonundakı sənaye parkının 105 hektar ərazisi minalardan təmizlənib - RƏSMİ

6 Dek, 2021
16:24
1075

Şərqi Zəngəzur iqtisadi rayonundakı sənaye parkının 105 hektar ərazisi minalardan təmizlənib - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında sosial zonanın təşkilinə başlanılacaq.

İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, Sənaye Parkının ərazisinin yarıdan çoxu minalardan təmizlənib.

Məlum olduğu kimi, Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr tarixli fərmanı ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və parka ayrılmış 200 hektar ərazinin bu günədək 105 hektarı (52 faizi) minalardan təmizlənib.

Sənaye Parkının konseptual planı hazırlanıb və yaxın günlərdə parkın sosial zonasının təşkili üçün konteynerlərin quraşdırılmasına başlanılacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri