Dek
2021
06:34
19
131
1730
Virtual karabakh

Avro əskinaslarında məşhurların siması olacaq

Yaxın illərdə Avropa İttifaqında məşhur insanların və ya abidələrin simalarını əks etdirən ilk avro əskinasları peyda ola bilər.

Avropa Mərkəzi Bankı (ECB) hazırda Avropa valyutasının dizaynında müvafiq dəyişiklikləri nəzərdən keçirir.

Müzakirələr 2022-ci il yanvarın 1-də qeyd olunan Avropa valyutasının yaradılmasının 20-ci ildönümünə təsadüf edir. Nəşr xatırladır ki, bu cür ideyalar hələ 1990-cı illərdə irəli sürülüb, lakin problem yaranıb: hər bir dövlət əskinaslarda öz nümayəndələrinin, görməli yerlərinin və ya sənət əsərlərinin olmasını istəyib. Nəticədə, ECB-nin sələfi - Avropa Valyuta İnstitutu - bu təşəbbüsdən imtina edib və yalnız milli sikkə seriyası ilə məhdudlaşdırmaq qərara alınıb.

Müasir şəxsiyyətlər və onların sələfləri arasında coğrafi, gender və tarixi tarazlığı qorumaq üçün Aİ-yə üzv dövlətlərin təkliflərini hərtərəfli qiymətləndiriləcək.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri