Dek
2021
16:56
78
27
1550
Virtual karabakh

Azərbaycan hansı qeyri-neft məhsullarının xaricə satışını artırıb? - FOTO

6 Dek, 2021
16:56
1550

Azərbaycan hansı qeyri-neft məhsullarının xaricə satışını artırıb? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 720,8 milyon ABŞ dolları və ya 44 faiz artıb.

“İxrac icmalı”nın dekabr sayına əsasən, 2021-ci ilin ilk 11 ayı ərzində Azərbaycanın ixracı 19,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,4 milyard ABŞ dollarını təşkil edib.

2021-ci ilin 11 ayı ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 258,8 min ABŞ dolları artaraq 549,8 milyon ABŞ dolları təşkil edib.

Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,7 dəfə, pambıq lifi 70,2 faiz, şəkər 29,8 faiz, alüminium və ondan hazırlanan məmulatlarda isə 69,3 faiz artım qeydə alınıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə noyabr ayı üzrə ixrac 2,95 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 58,7 faiz təşkil etməklə 307,2 milyon ABŞ dolları olub.

2021-ci ilin noyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 1,6 faiz artaraq 98,9 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 2,2 dəfə artaraq 208,3 milyon ABŞ dolları təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri