Dek
2021
18:40
37
120
1073
Virtual karabakh

Növbəti ildə daha beş yataq üzrə Neft Fonduna ödənişlər nəzərdə tutulub - FOTO

2021-ci il üzrə Dövlət Neft Fondunun büdcəsi təsdiq edilərkən büdcədə xam neftin bir barelinin qiymətinin 40 dollar götürülməsi ilə bağlı olaraq Neftçala, Xıllı, Durovdağ-Babazanan, eyni zamanda Kürsəngi və Qarabağlı yataqları üzrə cari ildə ödənişlər nəzərdə tutulmasa da (mənfəətin yaranmaması səbəbindən), Fondun 2022-ci il büdcəsində xam neftin qiymətinin daha yüksək (50 dollar) olması ilə əlaqəli olaraq 2022-ci ilin büdcə proqnozlarında həmin yataqlar üzrə proqnoz ödənişləri nəzərdə tutulub.

Oxu.Az xəbər verir ki, bu “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyi”ndə qeyd edilib.

ARDNF-nin 2022-ci il büdcə layihəsində Fonda mədaxil olunması üçün satılması proqnozlaşdırılan mənfəət neftindən və qazdan əldə olunacaq məbləğ müəyyən edilərkən aşağıdakı yataqlardakı neftin və qazın hasilatından Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin və qazın miqdarı və SOCAR tərəfindən CQD və CQBK layihələri üzrə ARDNF-yə gözlənilən ödənişlər (dividendlər) nəzərə alınıb:

Yataqlar üzrə mənfəət nefti üzrə proqnozlaşdırılan hasilatın həcmində 2022-ci il üzrə (2021-ci il ilə müqayisədə) ciddi dəyişiklik müşahidə edilməyib, qaz hasilatında isə illər üzrə artım müşahidə edilib. Belə ki, 2022-ci il üzrə kiçik yataqlar üzrə hasilat göstəriciləri demək olar ki, 2021-ci il səviyyəsində proqnozlaşdırılıb.

AÇG yatağı üzrə hasilatın həcmi cari illə müqayisədə 0,87 faiz və ya 1,5 milyon barel az nəzərdə tutulub, “Şahdəniz” yatağından qaz və kondensat üzrə müvafiq olaraq 7 faiz və ya 1,5 milyard kub metr və 2,5 faiz və ya 0,8 milyon barel, “Bahar” qaz yatağı üzrə isə 27,9 faiz və ya 60,768 milyon kub metr artımla proqnozlaşdırılıb.

Qeyd edilib ki, 2021-ci ilin doqquz ayı ərzində mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər Fondun büdcəsində nəzərdə tutulmuş (6 milyard 439,3 milyon manat) gəlir maddəsinə nisbətən 114,7 faiz səviyyəsində icra edilərək 7 milyard 384,4 milyon manat və yaxud 4 milyard 343,8 milyon ABŞ dolları təşkil edib.

2020-ci ilin eyni dövrü ilə müqayisədə (3 milyard 203,2 milyon ABŞ dolları) bu gəlir maddəsi üzrə ABŞ dolları ifadəsi ilə daxilolmalarda təqribən 35,6 faiz artım qeydə alınıb. Fondun 2022-ci ilin büdcəsində xam neftin ixrac qiyməti dövlət büdcəsində olduğu kimi 50 ABŞ dolları proqnozlaşdırıldığı halda, 2021-ci il 30 sentyabr tarixinə doqquz aylıq dövr üzrə mənfəət neftinin orta çəkili satış qiyməti 64,56 ABŞ dolları təşkil edib (2020-ci ilin müvafiq dövründə 41,45 ABŞ dolları).

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri