Dek
2021
16:12
195
22
4426
Virtual karabakh

General-leytenantdan Xudafərin gömrük postu ilə bağlı AÇIQLAMA - VİDEO

7 Dek, 2021
16:12
4426

General-leytenantdan Xudafərin gömrük postu ilə bağlı AÇIQLAMA - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gələcəkdə yeni gömrük postları qurula bilər”.   

Oxu.Az xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov deyib.

“İşğaldan öncə Cəbrayıl rayonunun Xudafərin körpüsünə yaxın ərazisində gömrük postu fəaliyyət göstərirdi. Təbii ki, müvafiq dövlət orqanlarının qərarı ilə sərhədimizin bərpa olunan istənilən ərazisində məntəqələr qurula bilər.

Təbii ki, bununla bağlı qonşu dövlətlərlə də danışıqlar və müvafiq razılaşmalar nəticəsində yerlərin müəyyən edilməsi, keçid məntəqələrinin harada, hansı nöqtələrdə olması ərazinin relyefinə uyğun müəyyən edilməlidir. Gələcəkdə yeni postların açılışı, yəqin ki, olacaq”, - deyə o qeyd edib. 

Nigar Məmmədova 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri