Dek
2021
18:09
429
77
8612
Virtual karabakh

Azərbaycanda yeni dizaynlı metal pullar dövriyyəyə buraxıldı - VİDEO

20 qəpiklik metal pul nişanının dizaynı yenilənərək tədavülə buraxılıb.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat yayıb.  

Belə ki, yenilənmiş 20 qəpiklik üzərində Dövlət Gerbi və istehsal ili əlavə olunub. Yenilənmiş 20 qəpiklik pul nişanının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz olaraq saxlanılıb.

Bildiririk ki, yenilənmiş 20 manatlıq kağız pul nişanı və 20 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri