Dek
2021
20:10
156
38
1019
Virtual karabakh

Qarabağda ödəniş infrastrukturunun qurulması üçün vergi və gömrük güzəştləri təklif olunur

“İşğaldan azad edilmiş ərazilərdə ödəniş ekosistemin qurulması, ödəniş terminalların tətbiqi üçün vergi və gömrük rüsumlarında müvafiq güzəştlər edilməlidir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov deyib.

O bildirib ki, ödəniş ekosisteminin inkişafı üçün bir sıra layihələr həyata keçirilə bilər: “Buna Rəqəmsal bank konsepsiyasının həyata keçirilməsini göstərmək olar”.

T.Rüstəmov hesab edir ki, ödəniş ekosisteminin inkişafına səbəb olan amillərdən biri də mövcud problemlər və onların həlli yollarıdır.

“Ekosistemimizin özünə məxsus problemləri var: Buna, ekosistemdə hələ də bank hesablarının məsafədən açılmasında problemlərin yaşanmasını göstərmək olar. Ancaq, sevindirici haldır ki, problemlərin həlli istiqamətində Azərbaycan Mərkəzi Bankı, dövlət qurumları və banklar birgə çalışır.

Bundan başqa, korporotiv kartlar bazarında müəyyən problemlər var. Təhlillər göstərir ki, bir sıra hallarda korporotiv kartlarla “card-to-card” əməliyyatlarının aparılması məhdudlaşdırılır”, - o qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri