Dek
2021
11:48
87
23
2550
Virtual karabakh

“Quba Abad Factory” nə üçündür? – FOTOREPORTAJ

9 Dek, 2021
11:48
2550

“Quba Abad Factory” nə üçündür? – FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Quba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsində ilkin mərhələdə 20, sonrakı mərhələdə isə 50 nəfərin işlə təminatı reallaşacaq.

Bu barədə Oxu.Az-ın Quba rayonuna səfər etmiş əməkdaşlarına müəssisədən bildirilib.

Qeyd edək ki, müəssisə bir neçə ildir qubalı sahibkarlara qida istehsalı müəssisəsi kimi tanış idi.

Bundan sonra isə həm də qablaşdırma vasitələrinin istehsalı müəssisəsi kimi onlara yardımçı olacaq.

Binada artıq kartondan müxtəlif qablaşdırma vasitələri, kağız və etiketlərin istehsalı, promo məhsulların hazırlanması, eyni zamanda, tullantı kağızların preslənməsi nəzərdə tutulur.

Bu müəssisə vasitəsilə həm “ABAD”çıların qablaşdırma vasitələrinə olan tələbatı ödəniləcək, həm də digər kiçik və mikro sahibkarların ehtiyacları qarşılanacaq.

Xatırladaq ki, dekabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Quba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri