Dek
2021
13:48
222
38
2054
Virtual karabakh

Azərbaycana daxil olan vəsait ölkədən çıxan pulu üstələyib - FOTO

9 Dek, 2021
13:48
2054

Azərbaycana daxil olan vəsait ölkədən çıxan pulu üstələyib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin doqquz ayı üzrə Azərbaycanın ehtiyat aktivləri 2,4 milyard dollar məbləğində artıb.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, ölkənin tədiyə balansının ümumi saldosu 2 milyard 437 milyon dolları təşkil edib.

Bildirilib ki, 2021-ci ilin doqquz ayında tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənib.

Cari əməliyyatlar balansında 3,9 milyard dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 1,5 milyard dollar kəsir yaranıb.

Bu dövrdə xam neftin bir barel üçün orta qiyməti 62 dollar olub, qeyri-neft ixracı isə 38 faiz artaraq 1,7 milyard dollar səviyyəsində formalaşıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri