Dek
2021
16:55
63
213
1492
Virtual karabakh

SOCAR prezidenti İranın neft naziri ilə enerji sahəsindəki əməkdaşlığın inkişafını müzakirə edib

9 Dek, 2021
16:55
1492

SOCAR prezidenti İranın neft naziri ilə enerji sahəsindəki əməkdaşlığın inkişafını müzakirə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev İranın neft naziri Cavid Oci ilə görüşüb.

Oxu.Az-ın İran Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə neft və qaz sahəsində rəsmi Bakı və Tehran arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

8 dekabr tarixində baş tutan görüşdə müvafiq sahədə qarşılıqlı əməkdaşlığın inkişaf etdirildiyi vurğulanıb. Eləcə də iki ölkə arasında ticarət əlaqələrinin əhəmiyyətindən, enerji sahəsində və Xəzər dənizi regionunda əməkdaşlığın möhkəmləndirilməsindən danışılıb.

Həmçinin qaz sahəsində əməkdaşlığının inkişaf etdirilməsi, Azərbaycan Respublikası, İran və Türkmənistan arasında üçtərəfli qaz mübadiləsi sazişinin icrası və bu sazişin icra mərhələlərinin hazırlanması da görüşün əsas mövzularından olub.

Qeyd edək ki, noyabrın 28-də Aşqabadda imzalanan müqaviləyə əsasən, dünya bazarına çıxarılan Türkmənistan qazı Azərbaycana İran ərazisindən idxal olunacaq. Müqaviləyə əsasən İran tranzit haqqını qaz ilə alacaq və şimal rayonlarını qazlaşdıracaq və bunun üçün əlavə vəsait xərcləməyəcək.

Dekabrın 22-dən başlayaraq İran ərazisindən Azərbaycana illik 1,5-2 milyard kubmetr qazın ixracına başlanacaq.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri